Mobil versiya
Ölkə soyuqdan donur - İki qurum isə hələ də dalaşır...
Tarix: 24-11-2015 | Saat: 14:32
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda üşüyürlər. Vəziyyət o yerə çatıb ki, paytaxt məktəblərində şagirdlər dərs zamanı palto, gödəkcə ilə oturmağa məcburdur. Bağçalarda körpələr donmasın deyə, valideynlər öz aralarında vəsait toplayaraq qızdırıcı almağa məcbur olub. Hələ müalicə üçün xəstəxanalara üz tutan və burada soyuq otaqlarda əlavə xəstəlik tapanları demirik...

Necə deyərlər iki dövlət qurumu bir-birilə didişməkdə, vətəndaş da donmaqda davam edir...

"Qafqazinfo" xəbər verir ki, “Azəristiliktəchizat”ın abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az saytına növbəti açıqlamasında bildirib ki, problem qismən həll edilib. O qeyd edib ki, gün ərzində 50-60 qazanxanalara qaz verilməyə başlayır:

“Azəriqaz” İstehsalat Birliyi danışıqlar əsasında qazanxanalara hissə-hissə qaz verməyə başlayıb. Danışıqlar davam etdirilir”.

R.Əliyevin “Əgər razılığa gəlinibsə, hansı səbəbdən bütün qazanxanalara verilən qaz bərpa edilmir” sualına cavabı belə olub:

“Bizim əlimizdə olsa idi noyabrın 15-dən bütün evlər istiliklə təchiz edilərdi. “Azəriqaz”dan bildiriblər ki, qazanxanaların hamısına birdən deyil, qrafikə uyğun, mərhələli şəkildə qaz veriləcək.

Bildiyiniz kimi, hökumətə də müraciət etmişik. Onlar da hər hansı şəkildə kömək edəcəklər. Bizim tərəfimizdən də “Azəriqaz”a ödənişlər edilir. “Azəriqaz” söz verib ki, dekabrın əvvəlinə qədər bütün qazanxanalar qazla təmin ediləcək”.

R.Əliyev həmçinin qeyd edib ki, istilik verilməyən ayların ödənişi abonentdən alınmayacaq: “İstilik verilməyən günlər nəzərə alınacaq. Yəni onsuz da istilik verilməyən gün üçün haqq tələb edilə bilməz. Əhali buna görə narahat olmasın”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024