Mobil versiya
Bu ölkədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
Tarix: 07-03-2018 | Saat: 18:09
Bölmə:Şou-biznes | çapa göndər

Bu ölkədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı



Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də "Facebook", "Instagram" şəbəkələrinə və "WhatsApp" messencerinə girişi məhdudlaşdırıb.

aia.az Trend-ə istinadən xəbər verir ki, bu qərar "nifrət dolu çıxışların" qarşısının alınması üçün atılıb.

Qeyd olunur ki, iğtişaşların davam etdiyi Kandi əyalətində sosial şəbəkələrdəki yazılar nəzarətə alınıb.

Bundan başqa, bölgədə internetə giriş də məhdudlaşdırılıb.

Xatırladaq ki, bu həftənin əvvəlində Şri-Lanka hökuməti ölkədə 10 günlük fövqəladə vəziyyət elan etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024