Mobil versiya
ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir yenilik
Tarix: 06-03-2018 | Saat: 15:37
Bölmə:Təhsil | çapa göndər






Azərbaycanda ilk dəfə olaraq xəstələrin həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə tədqiqat aparılır

Bu günlərdə İran İislam Respublikasında Üz-çənə cərrahlarının Beynəlxalq Konfransı keçirilib. Bu nüfuzlu toplantıda dünyanın hər tərəfindən mütəxəssislər iştirak ediblər. 20-yə yaxın ölkənin dəvət aldığı bu tədbirdə Azərbaycanı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, assent Fərman Həsənov və rezident Fərinaz İrannejad təmsil ediblər.

M.Davudov dünya cərrahlarının toplantısında təqdimatla çıxış edib: “Konfrans iştirakçılarının nəzərinə çatdırdığım əsas məsələ Ağız və üz-çənə xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı idi. Bu, son zamanlar bütün dünyada müzakirə olunan ən aktual məsələlərdən biridir. Ümumiyyətlə, müxtəlif xəstəliklərdən müalicə alan xəstələrin həyat keyfiyyəti göstəricilərinin hansı vəziyyətdə olması çox önəmlidir. Son dövrlərdə baş, boyun və ağızda olan şişlərin müalicəsinin əsas nəticəsi kimi məhz bu faktora diqqət yetirirlər”.

Bundan əlavə, doktor M.Davudov ATU-nun Tədris Cərrahiyyə Klinikasında tətbiq olunan yenilik barədə də məlumat verdi. Onun sözlərinə görə, Avropa Xərçəng Əleyhinə Mübarizə və Müalicə Cəmiyyəti belə xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə xüsusi anketlər düzəldiblər. Bu anketlər dünyanın bir çox ölkələrində istifadə olunur. Məhəmməd Davudov öz təşəbbüsü ilə həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə xüsusi anketlərin Azərbaycan dilində tərcüməsini təşkil edib: “Bu təşkilatın rəsmi razılığını aldıqdan sonra prosedur qaydalarının protokoluna uyğun olaraq bu sorğu anketinin tərcüməsi ilə məşğul olduq. Bu, uzun müddət çəkən bir prosesdir. Tərcümə olunması, uyğun variantın ekspertlər tərəfindən təsdiqlənməsi təxminən 9 ay çəkdi. Artıq biz də bu sorğu anketi əsasında xəstələrlə bağlı tədqiqat işləri apara bilərik”.

Qeyd edək ki, bu sorğu anketləri Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində, həmçinin ATU-nun Onkoloji Klinikasının baş boyun şöbəsində istifadə olunur.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024