Mobil versiya
REKTOR YUSİF YUSİBOV: “GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ YÜKSƏK BALLA DAXİL OLAN GƏNCLƏR TƏLƏBƏ KONTİNGENTİMİZİN “QIZIL FONDU”- NU TƏŞKİL EDİR
Tarix: 06-03-2018 | Saat: 11:52
Bölmə:Təhsil | çapa göndər

REKTOR YUSİF YUSİBOV: “GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ YÜKSƏK BALLA DAXİL OLAN GƏNCLƏR TƏLƏBƏ KONTİNGENTİMİZİN “QIZIL FONDU”- NU TƏŞKİL EDİR


Gəncə Dövlət Universitetinə yüksək balla daxil olan və təhsillərini müvafiq ixtisaslarda davam etdirən gənclər bu ali təhsil müəssisəsinin tələbə kontingentinin “qızıl fondunu”-nu təşkil edir. Təhsil müddətində bu cür gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi və onların universitetdə aparılan elmi tədqiqat işlərinə cəlb edilməsi üçün fakültə dekanları, ixtisas kafedraları, eləcə də Tələbə Elmi Cəmiyyəti səylə çalışmalıdır.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər ali təhsil müəssisəsində martın 5-də keçirilən Elmi şuarada rektor, professor Yusif Yusibov tərəfindən səsləndirilib.

Rektor bildirib ki, hazırda 6 minə yaxın tələbənin təhsil aldığı Gəncə Dövlət Universitetinin tələbə qəbulu planı ildən-ilə genişləndirilir. Bununla yanaşı universitetə yüksək balla daxil olan tələbələrin sayı da artır.

2017-2018-ci tədris ilinin bir çox uğurlarla davam etdiyini deyən Yusif Yusibov vurğulayıb ki, bu tədris ilində Gəncə Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrin sayına görə son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb.

“Universitetimiz Azərbaycanın təhsil ənənələrini yaşadan, onu dövrün müasir təhsil çağırışları ilə zənginləşdirən və inkişaf etdirən böyük elm-tədris mərkəzidir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən çoxsaylı dövlət proqramları, eləcə də elm və təhsilin inkişafına göstərilən hərtərəfli qayğı imkan verir ki, respublikanın bütün ali təhsil müəssisələri kimi Gəncə Dövlət Universiteti də inkişaf edərək yeni-yeni nailiyyətlər qazansın. İndi universitetin professor-müəllim heyəti qarşısında duran əsas vəzifə Təhsil Nazirliyi tərəfindən aparılan islahatları düzgün mənimsəmək, təhsilin və tədrisin keyfiyyətini yüksəltmək, tələbələrin bilik və bacarığını aşkara çıxarmaq, onları unuversitetdə aparılan elmi araşdırma işlərinə cəlb etmək və sonda hər bir gənci yüksək kompetensiyaya malik kadrlar kimi yetişdirilməsini təmin etməkdir:” – deyə rektor Yusif Yusibov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024