Mobil versiya
DİQQƏT! Ödəniş terminallarında YENİLİK edildi
Tarix: 05-03-2018 | Saat: 15:36
Bölmə:Karusel / Ölkə | çapa göndər

DİQQƏT! Ödəniş terminallarında YENİLİK edildi


"Komtec" şirkəti bir sıra "MilliÖN" terminallarında bank kartları vasitəsilə nağdsız ödəniş üzrə pilot xidməti işə salıb.

AİA.Az xəbər verir ki, şirkətdən Trend-ə bildiriblər ki, yeni xidmət kartın balansından pul çıxararaq kredit borcu, kommunal xidmətlər, rabitə, internet, kabel televiziyası və digər xidmətlərə görə ödəniş etməyə imkan verir:

"Bu xidmət hələ məhdud sayda terminallarda (Bakının Nərimanov, Səbail, Xətai və Yasamal rayonlarında quraşdırılmış) mümkündür. Bank kartları vasitəsilə kommunal ödənişlər (su, qaz və elektrik enerjisinə görə) yalnız əhali üçün əlçatandır. Komissiya haqqı tutulmur".

Qeyd edək ki, "MilliÖN" şəbəkəsi ictimai yerlərdə quraşdırılmış təqribən 5 min ödəniş terminalından ibarətdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024