ABŞ-dən yeni hərbi addım: Ucuz qanadlı raketlərin kütləvi istehsalı başlayır
Tarix: 10-06-2026 | Saat: 19:32
Bölmə:Özəl | çapa göndər

ABŞ Silahlı Qüvvələri bu ilin sentyabr ayından etibarən aşağı büdcəli qanadlı raketlərin kütləvi istehsalına start verməyi planlaşdırır.
Məlumata görə, FAMM proqramı çərçivəsində hazırlanan yeni raketlər daha sürətli və genişmiqyaslı istehsal imkanları ilə diqqət çəkir. ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Kennet Uilsbek bildirib ki, layihənin əsas məqsədi müasir müharibələrin tələblərinə uyğun olaraq böyük sayda raketin qısa müddətdə istehsalını təmin etməkdir.
Generalın sözlərinə görə, Yaxın Şərq və Ukrayna müharibəsindən çıxarılan əsas nəticələrdən biri kütləvi istehsalın strateji üstünlük yaratmasıdır. O qeyd edib ki, çoxsaylı raketlərin eyni vaxtda istifadəsi rəqibin hava hücumundan müdafiə sistemlərini yükləyərək onların effektivliyini azalda bilər.
Pentaqon hesab edir ki, daha ucuz və çox sayda istehsal edilə bilən raketlər gələcək münaqişələrdə ABŞ ordusunun imkanlarını genişləndirəcək və hərbi əməliyyatlarda yeni üstünlüklər yaradacaq. ABŞ-nin bu addımı qlobal silahlanma yarışında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-06-2026