"Azərbaycan ilə Tacikistan arasında mövcud olan dostluq" - Azər Badamov
Tarix: 10-06-2026 | Saat: 15:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Tacikistan Xalq Demokratik Partiyasının nümayəndələri bizi Düşənbə Beynəlxalq Hava Limanında ənənəvi olaraq bal və çörəklə səmimi şəkildə qarşıladılar. Bu xoş və mənalı qarşılanma Tacikistan xalqının Azərbaycana, Azərbaycan xalqına və ölkələrimiz arasındakı dostluq münasibətlərinə bəslədiyi yüksək hörmət və ehtiramın bariz ifadəsidir."
Bu barədə Milli Məclisin deputatı Azər Badamov sosial şəbəkə hesabında paylaşım edib:
"Qədim qonaqpərvərlik ənənələrinin təzahürü olan bu mərasim bizdə dərin və xoş təəssüratlar yaratdı. Azərbaycan ilə Tacikistan arasında mövcud olan dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi daha da gücləndirdi.
Bizə göstərilən yüksək diqqətə, səmimi münasibətə və yüksək səviyyəli qəbula görə Tacikistan Xalq Demokratik Partiyasının rəhbərliyinə və təşkilatçılarına dərin təşəkkürümü bildirir, onların fəaliyyətində yeni uğurlar arzulayıram. Əminəm ki, bu cür qarşılıqlı səfərlər və görüşlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, xalqlarımız arasındakı dostluq və əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir. "
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər