Tramp administrasiyası İrana daha sərt şərtlər irəli sürür
Tarix: 10-06-2026 | Saat: 20:02
Bölmə:Özəl | çapa göndər

ABŞ-də Donald Trampın komandası İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan əvvəlki nüvə sazişlərindən daha sərt öhdəliklər tələb edir.
“The New York Times”ın məlumatına görə, Vaşinqton İranın uran zənginləşdirmə fəaliyyətinin uzunmüddətli dayandırılmasını, həmçinin Nətənz, Fordo və İsfahandakı əsas nüvə obyektlərinin sökülməsini istəyir.
ABŞ tərəfi bununla yanaşı, İranın zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarət altında azaldılmasını və beynəlxalq müfəttişlərə nüvə ilə yanaşı hərbi obyektlərdə də qəfil yoxlamalar aparmaq səlahiyyəti verilməsini tələb edir.
Məlumata görə, Tehran müəyyən güzəştlərə hazır olduğunu nümayiş etdirərək bəzi nüvə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasını müzakirə etməyə razılıq versə də, ölkədəki bütün uran zənginləşdirmə infrastrukturunun tamamilə ləğvinə qarşı çıxır.
Müşahidəçilərin fikrincə, tərəflər arasında əsas fikir ayrılığı da məhz uran zənginləşdirmə proqramının gələcəyi ilə bağlıdır. Bu məsələ ətrafında kompromis əldə olunmasa, nüvə danışıqlarının növbəti mərhələsinin daha mürəkkəb keçəcəyi gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-06-2026