Göyçay Peşə liseyində BİABIRÇILIQ: – Xocalı şəhidlərinə görə ehsan verildi, pulu müəllimlərdən yığıldı
Tarix: 05-03-2018 | Saat: 15:29
Bölmə:Karusel / Təhsil | çapa göndər
Göyçay Peşə liseyinin direktorundan biabırçı addım.
AİA.AZ İnterpress.az-a istinadən xəbər verir ki, Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov müəllimlərdən pul yığaraq Xocalı faciəsinin 26-cı ildönümündə Xocalıda həyatını itirmiş insanlar üçün ehsan verib.
Bu barədə redaksiyamıza müəllim kollektivindən məlumat daxil olub. Belə ki, Göyçay rayon İcra hakimi Mehdi Səlimzadənin tapşırığı ilə Xocalıda həyatına itirən insanlar üçün ehsan verilib.
Qabil Zeynalov isə Peşə Liseyinin müəllim kollektivindən pul yığaraq bu ehsanı təşkil edib. Daha sonra isə bu əməlinin üstü açılan direktor onu Çingiz Məmmədovun şərlədiyini bildirərək müəllim kollektivini şantaj edərək imza toplayıb, saxtalaşdırdığı bu sənədi Peşə Agentliyinin direktoru Famil Mustafayevə göndərib.
Qeyd edək ki, daha əvvəl də Qabil Zeynalovun adı şagirdlərin təqaüd kartlarını özünə götürərək pullarını mənimsəməkdə hallanmışdı.
P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər