Mobil versiya
Azərbaycanda yeni sürüşmə və uçqun sahələri yarandı
Tarix: 01-03-2018 | Saat: 17:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda yeni sürüşmə və uçqun sahələri yarandı


Azərbaycanda sürüşmə sahələrində vəziyyət açıqlanıb.

aia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur.

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17-19-cu km-də atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahəsi yaranıb: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində də atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə edilib. Lənkəranda, Gəgiran sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və bir neçə yerdə yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Lənkəranda Tükəvillə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyində isə sürüşmə prosesi baş verib. Sahənin eni 80-90 metr, uzunluğu 100-120 metr, qırılma qaşının hündürlüyü 0,5-2,2 metr arasında dəyişir. Yolun 100 metrlik hissəsi tamamilə dağılıb. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26-cı kilometrliklərində sürüşmə sahələri aktivləşib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrləri atmosfer yağıntılarının təsirindən artıb".

Ekspedisiya rəisi bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də sürüşmə sahəsində də aktivlik qeydə alınıb, avtomobil yolunun sağ və sol hissələrində bir neçə yerdə çökmə-oturma prosesi baş verib: "Siyəzəndə Sədan sürüşmə sahəsi də aktivləşib. Şabranda Qazbabalı sürüşmə sahəsində isə aktivlik davam edir. Sürüşmə sahəsinin parametrlərində artım müşahidə edilir".

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsində sürüşmə sahəsində çatların ölçüləri artıb, sürüşmə sahəsi aktiv fazadadır: "Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb, uçqun - töküntü prosesləri aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə sahəsi aktivləşib və nəticədə uçqun-töküntü hadisələri müşahidə olunub. Bundan başqa, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində də atmosfer yağıntılarının təsirindən sürüşmə sahəsi aktivləşib. Yol boyu bir neçə yerdə yeni lokal sürüşmə sahələri müşahidə olunub".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024