Ölkə üzrə qrip epidemiyası sürətlə yayılıb
Tarix: 01-03-2018 | Saat: 11:29
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
"Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda kəskin resperatur virusu və qrip epidemiyası sürətlə yayılıb"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev “1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib.
S.Musayev bildirib ki, uşaq və böyüklər arasında sürətlə yayılan virus insanların həftələrlə qızdırmasının düşməməsinə, yataq rejimində olmasına səbəb olub.
“Buna səbəb insanların antibiotiklərdən tez-tez istifadə etməsidir. Nəticədə orqanizm antibiotikə öyrəşir və sonrakı istifadələrdə bədəndə reaksiya vermir. Antibiotiklərin qəbulu kəskin şəkildə orqnizmdə immun sistemini zəiflədir. 2 həftədən uzun çəkən bronxtilər, burun-qulaq nahiyyəsində olan iltihabi proseslər, uzun müddətli hərarətlər, mədə-bağırsaq xəstəlikləri, xroniki yorulma hissi, tez yorulmaq, işə getməmək həvəsi, yuxululuq hissi immunitetin pozulmasının ilkin əlamətləridir”.
S.Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, orta hesabla yer üzündə sakinlərin 10 faizinin immuniteti yüksəkdir: “Sakinlərinin 10 faizində bu və ya digər formalı immun çatışmazlıqları var. Yerdə qalan 80 faizə yaxın sakinlərin immuniteti özlərindən asılıdır. Bu, onların normal həyat tərzindən, qidalanması,fiziki gərginliyi, ekoloji amilləri, yuxu rejimindən asılıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024