Mobil versiya
Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz
Tarix: 25-08-2025 | Saat: 17:10
Bölmə:Şou-biznes | çapa göndər

Rəqsanənin ərinə də cinayət işi açıldı -

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir kİ, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.

Məlumatı onun vəkili Ramal Şahmarov təsdiq edib.

Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025