Logistika sektorunun mütəxəssiləri UTECA tələbələrinə seminar keçib
Tarix: 01-03-2018 | Saat: 11:03
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Texnologiya Universitetində (UTECA) Logistika təlim-tədris mərkəzinin təşkilatçılığı ilə “Logistikanın funksiyaları, sistemləri, metodologiyası və konsepsiyaları” mövzusunda seminar keçirilib. Seminarda Şəmkir Aqropark Logistika mərkəzinin mütəxxəsssləri - direktor müşaviri Aqşin Sadıxov, İstehsalat və logistika rəhbəri Vüqar İmranov və laboratoriya müdiri Yusif Hacıyev tələbələrə sektorun günümzdə getdikcə artan əhəmiyyətindən, eləcə də nəzəri və praktik funksiyalarından danışıb.
UTECA-da keçirilmiş xüsusi imtahan nəticəsində formalaşmış 11 tələbədən ibarət “Port of Baku” komandasının üzvləri Şəmkir Aqropark Logistika mərkəzinin mütəxəssislərinə müxtəlif suallarla müraciət ediblər. Sualları cavablandıran mütəxəssislər tələbələri praktik təlimlər üçün Şəmkir Aqropark Logistika mərkəzinə dəvət ediblər.
Seminarda həmçinin UTECA-nın elm və texnika üzrə prorektoru dos. Səbuhi Yusifov, Maşın mühəndisliyi və logistika”kafedrasının müdiri, prof. Tofiq Qocayev də mövzu ilə bağlı çıxış edərək tələbələrin gələcəyin peşəkar logistika mühəndisi kimi yetişdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Qeyd edək ki, UTECA-da Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika təlim-tədris mərkəzi mütəxəssis hazırlığı məsələsində eyni zamanda Şəmkir Aqropark Logistika mərkəzi ilə də səmərəli əməkdaşlıq edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər