Şimal regionundakı idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin 45 faizini qadınlar təşkil edir
Tarix: 27-02-2018 | Saat: 16:02
Bölmə:Ölkə | çapa göndər
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin 45 faizini qadınlar təşkil edir. Regionda, ümumilikdə, 43 min 334 nəfər işçi çalışır ki, onların da 19 min 487 nəfəri qadınlardır. İşləyən qadınların 17 min 186 (88 faiz) nəfəri dövlət müəssisələrində, 2 min 301 (12 faiz) nəfəri isə qeyri-dövlət müəssisələrində çalışır.
Bu barədə fevralın 27-də Qubada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar" mövzusundakı seminar-müşavirədə məlumat verilib.
Seminar-müşavirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev, Xidmətin sektor müdiri Elxan Səlimov çıxış edərək, ölkəmizdə iqtisadiyyatın bütün istiqamətləri üzrə köklü islahatlar aparıldığını diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu islahatlar qlobal iqtisadi böhranın Azərbaycana təsirini azaltmağa, ölkədə idarəetməni çevikləşdirməyə və şəffaflıq mühitinin təmin olunmasına yönəlib. O cümlədən əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində köklü islahatlar həyata keçirilir.
Dövlətimizin başçısının 2017-ci il 9 oktyabr Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5-ci hissəsində qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili nəzərdə tutulur. Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkilinə dair işçi qrupu yaradılaraq regionlarda xidmətin yerli bölmələrinin iştirakı ilə maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Anar Xıdırov bildirib ki, seminarın əsas məqsədi əmək münasibətləri sahəsində işəgötürənlərin-işçilərin maarifləndirilməsi və əmək qanunvericiliyinin təbliğ edilməsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi qeyd olunur. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik sayılmır. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. Ayrı-seçkiliyə məruz qalmış işçinin pozulmuş hüquqlarının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ var.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qadın işçilərin əmək hüquqları və onun həyata keçirilməsi sahəsində təminatlar barədə də danışıblar.
Əmək müfəttişi Asif Şalbuzov "Qadınların əmək hüquqları və onun həyata keçirilməsində təminatlar” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvü olan Azərbaycan bu təşkilatın 57 konvensiyasına qoşulub. Təsadüfü deyil ki, həmin konvensiyalardan üçü qadınların əmək hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub. Məruzədə hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsinin bağlanması, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması, Əmək qanunvericiliyində qadınların attestasiya olunması və digər məsələlərin qanunvericilikdə necə öz əksini tapması barədə ətraflı məlumat verilib.
Bu mövzuda seminar-müşavirənin ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024