“Estetik üz analizləri” mövzusunda seminar
Tarix: 26-02-2018 | Saat: 11:33
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında həftənin şənbə günləri tələbələr və rezidentlər üçün ödənişsiz elmi seminarlar təşkil olunur. Artıq ənənə halını alan, nəzəri biliklərini və praktiki bacarıqlarını daha çox artırmaq arzusunda olanların könüllü qatıldığı bu seminarlarda müxtəlif aktual mövzulara dair mühazirələr dinlənilir, diskussiyalar aparılır. “Estetik üz analizləri” mövzusundakı növbəti seminar fevralın 24-də keçirildi.
Kafedranın müdiri, professor Nazim Pənahov bu tip seminarların tələbə və rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək bugünkü seminarın da vacib bir mövzuya həsr olunduğunu dedi: “Diş həkimliyində estetika müasir dövrdə funksiyaya bərabər, hətta funksiyanı bir qədər üstələmiş sahələrdən sayılır. Günümüzün əsas tələbatlarındandır və diş problemi ilə əlaqədar müraciət edən xəstələrin ən çox arzuladıqları da estetikanın bərpasıdır. Estetikanın bərpasına aid bizdə müəyyən dərslər tədris edilsə də, belə seminarlar vasitəsilə tələbələr daha əhatəli bilgi almaq imkanı qazanır”.
“Estetik üz analizləri” mövzusunun nəzəri hissəsi haqqında İstanbul Çapa Tibb Universitetinin məzunu, 10 ilə yaxındır ki, ortopetik stomatologiya kafedrasında çalışan Hənifə xanım Musayevanın çıxış edəcəyini diqqətə çatdıran kafedra müdiri məruzəçi tərəfindən bu sahə üzrə ən müasir biliklərin paylaşılacağına, seminar iştirakçılarının faydalı məlumatlar eşidəcəyinə əminliyini vurğuladı. Eyni zamanda bu seminarın davamı olacaq II hissənin bir müddət sonra diş qüsurlarının vinirlərlə bərpasına həsr ediləcəyini xatırlatdı.
Ortepedik stomatologiyanın məqsəd və vəzifələrindən söz açan kafedranın assistenti Hənifə xanım Musayeva çıxışının əvvəlində mövzuya birbaşa aidiyyatı olan estetika anlayışının etimologiyası üzərində dayandı. Estetik yönümlü tələblərin artdığını, ilk çağlardan günümüzə qədər bütün zamanlarda estetika anlayışının insan övladının diqqətini çəkdiyini söylədi: “Estetika sadəcə gözəl olanı araşdıran bir elmdir. Mühüm olan ideal gözəllikdir. Gözəllik bir canlının, konkret bir obyektin və ya mücərrəd bir anlayışın həzz, məmnuniyyət verən xüsusiyyətidir. Məmnunedici bir xarici görünüş yalnız ictimai və romantik baxımdan deyil, iqtisadi baxımdan da önəmlidir. Fərdin xarici görünüşünə əhəmiyyət verməsi cəmiyyətə təqdim etdiyi imic baxımından da bir lazımlılıq halını almışdır. Üz bölgəsinin böyüklüyü və hərəkətliliyi ilə ən diqqət çəkən qismi olan ağız və dişlər estetik baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Dəyişik çağlarda çeşidli filosovların gözəlliyə verdiyi fərqli tərifləri örnək gətirən məruzəçi “Pifaqorun riyaziyyat və gözəllik arasında güclü bir bağlantının olduğunu kəşf etməsi”ni yada salaraq bildirdi ki, tarix boyunca bütün sənətçilərin, elm adamlarının və dizaynerlərin öz tədqiqatlarında və ya məhsullarını ortaya qoyarkən yararlandıqları “qızıl nisbət” estetik diş həkimliyində də keçərlidir: “Təbəssümün ən vacib konponenti təbii ki, dişlərdir. Dişləri olmayan bir insanın güldüyünü düşünün. Heç də estetik görünmür. Texnoloji inkişaflar sayəsində indiki vaxtda bir xəstənin görünüş və gülüşünü konservativ üsullarla yaxşılaşdırmaq mümkündür. Yaxşı bir estetik diş həkimi natural dişləri çox yaxşı gözləmyi, eləcə də müşahidə etdiyini dişlərə əks etdirə bilən, yaxşı əl praktikasına sahib olan insandır. İndiki vaxtda estetik faktorların əhəmiyyət qazanması və görünüşünü gözəlləşdirmək istəyən xəstələrin sayəsindəki artım diş həkimliyi sektorunu estetik diş həkimliyi sahəsində daha çox inkişafa yönəltmişdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər