Mobil versiya
UTECA-da “Xocalım gözləyir bizi” adlı anım mərasimi keçirilib - FOTOLAR
Tarix: 26-02-2018 | Saat: 11:28
Bölmə:Təhsil | çapa göndər





Azərbaycan Texnologiya Universitetində (UTECA) Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş “Xocalım gözləyir bizi” adlı soyqırım qurbanlarını anım mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət ediblər. Akt zalında təşkil olunan anım mərasimi də Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin yad edilməsilə başlayıb.

Anım mərasimini giriş sözü ilə açan rektor, professor Akif Süleymanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayın köməyi ilə törətdiyi Xocalı soyqırımı və ermənilərin digər qanlı cinayətləri yaddaşlarımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalıda bircə gecədə öldürülmüş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahılın olması bunun sübutudur. Rektor qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məqsədyönlü işlər görülməyə başlayıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması tədbirlərinə başlanıb.

Sonra Xocalı faciəsinin dəhşətlərini şahid ifadələri ilə təqdim edən qısa sənədli film nümayiş etdirilib.

Tədbirdə daha sonra çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd olunub ki, tək xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Şəmkir hərbi birləşməsinin məsul vəzifə tutan zabiti çıxışında bildirib ki, ordumuz xalqımızın başına gətirilən bütün müsibətlərə layiqli cavab verməyə hər an hazırdır və bunu aprel döyüşlərində sübut edib.

Sonda tələbələrin ifasında Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya və səhnəcik nümayiş etdirilib.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024