Horadizdə Xocalı soyqırımı abidəsinin açılışı olub - FOTO
Tarix: 26-02-2018 | Saat: 09:32
Bölmə:Manşet / Ölkə | çapa göndər
Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Füzuli rayonunun Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılış mərasimi keçirilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Xocalı abidəsinin önünə əklil və tər çiçək dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirib ki, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Alı Alıyev deyib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
“Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Dinc əhaliyə qarşı qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirir”-deyə Alı Alıyev bildirib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. A.Alıyv Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində mühüm işlər görülür.
Alı Alıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, Xocalı faciəsi artıq bir sıra ölkələrin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən soyqırımı kimi tanınıb, bu barədə müvafiq qətnamələr qəbul edilib.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. 26 ildir ki, xalqımız, o cümlədən xocalılılar bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində, həyatında daşıyır, bu günü unutmur.
Digər çıxış edənlər Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılmasını yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan Ordusu şəhidlərimizin qisasını almağa, işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır və buna qadirdir.
Sonda tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024