Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
Tarix: 24-02-2018 | Saat: 17:20
Bölmə:Təhsil | çapa göndər
"Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə də müəyyən təkliflər irəli sürülüb. Milli Məclisin Elm və təhsil komitəsi də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, perspektivdə "Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verə biləcək”.
aia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Komitə sədri bildirib ki, yeni hazırlanacaq "Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.
"Yeni qanun layihəsində ehtiyacı olan tələbələrə təhsil, kirayə, yataqxana haqqını ödəmək üçün lazım olan təhsil kreditlərinin verilməsi məsələsi öz əksini tapacaq. Daha sonra isə bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər