Mobil versiya
“Lotu Quli” düşməninə qalib gəldi
Tarix: 20-11-2015 | Saat: 15:12
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Rövşən Lənkəranski” ilə “Lotu Quli”nin arasında müharibə gedir.

Sankt-Peterburqda “Albert Rıjiy” ləqəbli məşhur azərbaycanlı “vor zakon” Əli Heydərova qarşı sui-qəsdlə bağlı səs-küylü cinayət işi məhkəmədə boşa çıxıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim sui-qəsd cəhdinin “killerlər” tərəfindən təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.

Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan azərbaycanlı kriminal element İlham Hacıyevə tam bəraət verilib.

İstintaqın “Albert Rıjiy”i öldürmək üçün muzdla tutulmuş qatillər hesab etdiyi iki Rusiya vətəndaşı - Naberejnıy Çelnı şəhərinin sakinləri Aleksey Şparuta və Ruslan Koryagin isə hələ bu ilin iyul ayında başqa maddə ilə (qanunsuz silah gəzdirmə maddəsi) üzrə 2 il həbsə məhkum edilmişdi.

İndi isə məhkəmə onların üzərindən “vor zakon”u öldürmək cəhdi barədə ittihamı götürüb.

Aleksey Şparuta və Ruslan Koryagin 2014-cü il, martın 17-də həbs edilmişdi. Onların üzərindən Heydərov barədə məlumatlar qeyd olunmuş kağız tapılıb. Bu kağızda Heydərovun fotosu, anket məlumatları, hərəkət marşrutu və s. qeyd olunmuşdu.

Həmin şəxslər barədə Heydərovu öldürməyə cəhd ittihamı irəli sürülüb, cinayətin təşkilatçısı kimi İlham Hacıyev göstərilib.

“Prestupnaya Rossiya” saytının yazdığına görə, məlumatlı mənbələr israr edirdilər ki, “Albert Rıjiy”ə qarşı sui-qəsd doğrudan da hazırlanırdı. Bu qəsdin səbəbi Heydərovla nüfuzlu kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov arasında uzun müddətdir davam edən düşmənçilik göstərilir.



Rusiya DİN-in mətbuat xidməti də bildirib ki, qəsd planının sifarişçisi İlham Hacıyev “Lotu Quli”nin və onun qardaşı, “vor zakon” Namiq Səlifovun “sağ əli” hesab olunur.

“Albert Rıjiy” 1981-ci ildə anadan olub. Gənc olmasına baxmayaraq son dövrlərin ən tanınmış və dəliqanlı kriminal avtoritetlərindən hesab edilir. Azərbaycan vətəndaşıdır, Rusiyada qeyri-leqal yaşadığı haqda məlumatlar var. O, son bir ildə 3 dəfə sui-qəsdlə üzləşib, hər dəfə sağ qalmağı bacarıb. Ona tacı 2012-ci ilin payızında məşhur kriminal avtoritet “Ded Xasan” qoyub.

“Kürən” avtoritet “Lotu Quli” ilə yanaşı digər məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin də düşmənidir (qeyd edək ki, “Rövşən Lənkəranski” ilə “Lotu Quli”nin arasında da uzun müddətdir müharibə gedir).

İndi məhkəmədə baxılan sui-qəsd cəhdi isə 2014-cü ilin martında Peterburqun Moskovski rayonunda baş vermişdi. Əməliyyatçılar kriminal avtoritetə qarşı sui-qəsd hazırlandığı haqda məlumat alıblar və cinayətə az qalmış killerləri yaxalayıblar.



Killerlər Əli Heydərovu “Audi A8” avtomobilində onun yaşadığı evin yaxınlığında gözləyirdilər. Onlar “Kalaşnikov” avtomatı və TT tapançası ilə silahlanmışdı. Killerlər parikdə olub, yaxınlıqda onları hər ehtimala qarşı silahlı şəxslərin olduğu başqa avtomobil gözləyib.

“Kürən”in korteji sui-qəsdin törədiləcəyi yerə əməliyyatçıların killerləri yaxalamasından cəmi 20 dəqiqə sonra çatıb. Bir müddət sonra bu sui-qəsdin təşkilatçısı hesab edilən İlham Hacıyev Moskvada həbs olunub.

Saxlanılarkən o, qaçmağa çalışıb və balkondan tullanıb. Bu zaman əməliyyatçılar ona atəş açaraq ayağından yaralayıb.

“Fontanka.ru” yazırdı ki, İlham Hacıyev “Lotu Quli”nin qohumudur.

“Albert Rıjiy” isə 2014-cü ilin iyun ayında Türkiyənin Ədirnə şəhərindəki restoranların birində bir qrup kriminal avtoritet arasında baş vermiş atışmanın əsas qəhrəmanlarından olub. Bu atəşmada “Albert Rıjiy”lə “Zaur Naxçıvanski” adlı avtoritet “Lexa İrkutski” ləqəbli avtoritetin 15-ə yaxın adamı ilə atışmışdı. “Lexa”nın isə “Lotu Quli”nin qüdrətli qruplaşmasına daxil olduğu bildirilir.

Məhkəmə “Albert Rıjiy”ə qarşı sui-qəsd işi üzrə ittiham olunanlara bəraət versə də onun özü tezliklə müttəhimlər kürsüsündə oturacaq. Çünki soyğunçuluq ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024