Mobil versiya
Deputat Aqiyə Naxçıvanlı Oğuzda seçiciləri qəbul edib
Tarix: 23-02-2018 | Saat: 10:56
Bölmə:Manşet / Ölkə | çapa göndər






Artıq bir necə gündür Oğuz rayonunda müxtəlif tədbirlərdə iştirak edən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Həbib qızı Naxçıvanlı deputatın qəbul otağına müraciət edən seçicilərlə ilə görüş keçirib.

aia.az xəbər verir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin çevik həll edilməsi məqsədi ilə görüşə Oğuz Rayon Məşğulluq Mərkəzinin direktoru, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi, Oğuz şəhər və bir neçə kənd bələdiyyəsinin sədrləri də dəvət edilmişdir. Ümumilikdə qəbulda iştirak edən seçicilərin sayı 14 nəfər olmuşdur. Müraciətlər əsasən işlə təmin olunma, maddi yardım, ünvanlı sosial yardımın təyin olunması, xəstəliklə əlaqədar müalicə və müayinələrin aparılmasına köməklik, torpaq məsələləri və s. sahələri əhatə edib.

Deputat Aqiyə Naxçıvanlı seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləmiş, qaldırılan bəzi məsələləri yerində həll etmiş, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024