Mobil versiya
Moskvada azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜATLAR
Tarix: 17-02-2018 | Saat: 12:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Moskvada azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜATLAR



Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.

N.Rzayev qızınını bir ay əvvəl analizlər verdiyini və tamamilə sağlam olduğunu deyib. O, həmçinin qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edi.

Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.

Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.

Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.

Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024