Mobil versiya
Evindən 70 min manat oğurlanan idmançı: “Oğru rəfiqəmin tanışıdır
Tarix: 12-02-2018 | Saat: 16:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Evindən 70 min manat oğurlanan idmançı: “Oğru rəfiqəmin tanışıdır




“Pullarımı oğurlayan şəxslə əlaqəm olmayıb. Onun rəfiqəmin vasitəsilə tanımışam”.



aia.az xəbər verir ki, bunu Azvision.az-a Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova deyib.



Evindən 70 min manat pulu oğurlanan idmançı cinayətə əl atan şəxsin kamera vasitəsilə tapıldığını bildirib.

“İslam Oyunlarından sonra idmançılara pul mükafatalarının verilməsi bəlli idi və həmin şəxs bunu güman edərək mənim evimə gəlib. Oğurluq edərkən qapıda olan kameraya düşmüşdü. Biz onu polisə verdik. O, ölkədən qaçdığına görə, polis həmin şəxsi 4 aydan sonra tapdı. Bizə isə deyirdilər ki, onun ölkədən çıxışına qadağa qoyulub”.

Pulların geri qaytarılnmasına gəlincə, F.Əzizova bunun mümkünlüyünə şübhə ilə yanaşır: “Bizə deyildi ki, istintaq aparılır və pulların qaytarılmasına çalışacaqlar. Lakin digər tərəfdən də deyilir ki, oğru pulu xərcləyib və qaytara bilmir. O zaman hökm oxunanda həmin şəxsə əlavə cəza kəsilir və həbsə düşür”.

Qeyd edək ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət, bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edilib. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024