Mobil versiya
Mobil telefonlar xərçəng yaradır?
Tarix: 10-02-2018 | Saat: 15:47
Bölmə:Şou-biznes | çapa göndər

Mobil telefonlar xərçəng yaradır?



Amerikalı alimlər mobil telefonun radiotezlik şüalarının insan sağlamlığına təsirini araşdırıblar

Onların məqsədi bu növ qurğulardan olan şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyələri təkzib, yaxud sübut etmək olub.

AZƏRTAC xəbər verir ki, mobil telefonlarda olan şüalanma rentgen zamanı yaranan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyi yaradır. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür təsir göstərir.

Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə zamanı insanda xərçəng xəstəliyinin yaranması ilə bağlı sübut yoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024