Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: “Bunu çərçivəyə salmalıyıq”
Tarix: 09-02-2018 | Saat: 16:04
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
“Azərbaycanda səhiyyə sahəsində inkişaf var. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunu qəbul olunub, tətbiq olunur. Bəzi məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib
E. Əzizov bildirib ki, donorların qohum olması məsələsi problem olaraq qalmaqdadır.
“Qanunda qohumluq məsələsi yoxdur. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur.
Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik.
Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamağını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024