Mobil versiya
UTECA-da atıcılıq yarışı keçirilib
Tarix: 08-02-2018 | Saat: 11:53
Bölmə:Təhsil | çapa göndər






Azərbaycan Texnologiya Universitetində (UTECA) əməkdaşlar arasında atıcılıq yarışı keçirilib. Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin İdman bölməsinin təşkilatçılığı ilə universitetin idman zalında təşkil olunan yarışda iştirakçılar pnevmatik tüfəngdən atəş açmaqda məharətlərini sınayıb. Yarışın açılış mərasimində UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, bu cür tədbirlər hər bir vətəndaşın döyüş hazırlığını artırmaq, vətənpərvərlik ruhunu yüksəltmək baxımından əhəmiyyət kəsb edir.

50-ə yaxın iştirakçının çıxış etdiyi yarışda 10 metr məsafədən hədəfi nişan almaq üçün hərəyə 3 atış gülləsi verlib. İqtisadiyyat və idarəetme fakültəsinin müəllimi Cavid Süleymanlı üç atışın cəmində 21 xal toplayaraq birinciliyi əldə edib. Liderdən cəmi 1 xal geri qalan İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri İmdat Quliyev ikinci olub. Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Tofiq Qocayev isə 18 xal toplayaraq üçüncü nəticə göstərib.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024