ATU-da icbari sığorta sisteminin tətbiqi ilə bağlı müzakirə aparıldı
Tarix: 05-02-2018 | Saat: 12:23
Bölmə:Təhsil | çapa göndər
Avropa İttifaqının dəstəklədiyi tvinninq layihənin nümayəndələri universitet rəhbərliyi ilə görüşüb
Avropa İttifaqı “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq-layihəsini icra edir. Bu geniş proqramın reallaşdırılması çərçivəsində layihənin təmsilçiləri Azərbaycan Tibb Universitetində (ATU) qonaq olublar.
Görüşün əvvəlində ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi universitetin fəaliyyəti, buradakı tədris-təhsil sistemi haqqında məlumat verdb. Həmçinin, ATU-nun klinikalarında göstərilən tibbi xidmət barəsində də ətraflı informasiya ilə qonaqları tanış etdi. G.Gəraybəyli Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin mühüm məsələ olduğunu, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli addımların atıldığını vurğuladı.
Rektor G.Gəraybəyli bildirdi ki, ATU-nun klinikalarında bəzi qurumlardan göndərilən sığortalı xəstələrə xidmət göstərilir. Lakin bu imkandan bütün əhalinin istifadəsi insanların sağlamlığının müdafiəsində ciddi rol oynayır. ATU rektoru Avropa İttifaqının dəstəklədiyi bu layihənin ölkəmizdə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacağından əminliyini vurğuladı.
Bundan əlavə, professor Gəray Gəraybəyli son dövrlər universitetin tədris sistemində aparılan islahatlar, tibb sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində görülən tədbirlər haqqında da nümayəndə heyətinə məlumat verib.
Avropa İttifaqının "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin Rezident tvinninq müşaviri Qediminas Çerniauskas isə layihənin məqsədləri haqqında ətraflı məlumat verdi. O, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəyini bildirdi. Cənab Q.Çerniauskas bildirdi ki, layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsində kiçik layihə rəhbəri Mindauqas Strumskis, layihənin digər təmsilçiləri Qintaras Kaçeviçius, Aysel İbayeva və Nərgiz Rəsulova daxil idi. Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov, rektor müşaviri Zülfüqar
Musabəyov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayev də iştirak edirdilər.
Qeyd edək ki, Avropa İttifaqının dəstəklədiyin tvinninq layihəsinin məqsədi Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Aİ-nin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılmasından ibarətdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər