Bərdə rayon icra hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Milli Dirçəliş günü”
Tarix: 17-11-2015 | Saat: 21:45
Bölmə:Təhsil / Seçilənlər-5 / Aia TV | çapa göndər
17 noyabr 2015-ci il tarixdə Heydər Əliyev mərkəzində Bərdə rayon icra hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Milli Dirçəliş günü” münasibətilə “Müstəqilliyimiz qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilmişdir.Tədbirə DİT kollecinin tələbələri,şəhər orta məktəblərinin gənc müəllimləri,Mədəniyyət və Turizm şöbəsindən nümayəndələr və rayonun fəal gənclər dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə Bərdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Faxrəddin Əzizov açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və bu tədbirin Azərbaycanda Milli azadlıq hərəkatı tarixinin xatırlanması və milli mənlik şüurunun yaddaşlarda möhkəmləndirilməsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədini daşıdığını bildirdi.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərakatının azad Azərbaycan uğrunda savaşın təməlini qoyduğunu,bu hərəkatda əsas qüvvənin gənclər olduğundan danışdı.O,meydan hərakatından sonra xalqımııza qarşı yönəldilən açıq təcavüzlərdən,ölkəmizin müstəqillik qazanmasından sonra siyasi böhranın dərinləşməsindən və vətəndaş qarşıdurmasının yaranmasından,xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından,xalqı parçalanmaqdan,ölkəni dağılmaqdan xilas etməyindən və son dövrdə müstəqil Azərbaycanın sürətli inkişafından danışdı.Sonra o,ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha yüksək zirvələrdə dalğalanacağını bildirdi.
DİT kollecinin müəllimi,k.t.elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev, Heydər Əliyev mərkəzinin direktoru Arifət Əhmədova, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov,DİT kollecinin S.Behbudov adına vətənpərvərlik klubunun sədri Ramal Əhmədov və fəal gənc Arzu Nəbizadə çıxış edərək keçən əsrin axırlarında ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən,xalq hərəkatının yaranmasından və geniş vüsət almasından danışaraq,qeyd etdilər ki,yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı,Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.
Tədbirə Bərdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Faxrəddin Əzizov yekun vurdu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024