Mobil versiya
Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA
Tarix: 02-02-2018 | Saat: 10:18
Bölmə:Karusel / Təhsil | çapa göndər

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA




Milli Məclisin Elm və təhsil komitəsi bu il “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsi hazırlayacaq.

Bu barədə Modern.az-a Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır.

“Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq. Yeni qanun layihəsi hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrəniləcək və ölkənin reallıqları qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbulu ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024