Mobil versiya
Ceyhun Bayramov: "Orta məktəblərdə müəllimlərin 28 faizi..."
Tarix: 01-02-2018 | Saat: 17:24
Bölmə:Təhsil | çapa göndər

Ceyhun Bayramov: "Orta məktəblərdə müəllimlərin 28 faizi..."




Hazırda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 28 faizi yaşı 35 yaşadək olan gənc müəllimdir.

Bunu təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib.

C.Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

O, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.

Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024