Mobil versiya
Bakıda narkobaron SAXLANILDI
Tarix: 01-02-2018 | Saat: 12:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda narkobaron SAXLANILDI




Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov tutularaq polis idarəsinə gətirilib.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 4 qramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.İsmayılovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs yaşadığı evin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib.

Həmin ünvana baxış keçirilən zaman 1 kiloqram 640 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə yaşadığı Qobustan rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024