Mobil versiya
Bakıda barda dava, bu dəfə qızları bıçaqladılar
Tarix: 15-01-2018 | Saat: 11:04
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda barda dava, bu dəfə qızları bıçaqladılar


Bakıda barda kütləvi dava olub.

aia.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, kütləvi dava zamanı1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı (təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, bıçaq xəsarəti almış daha 2 nəfərNizami rayonu ərazisində yerləşən poliklinikalardan birinəaparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024