Azərbaycan neftini bahalaşdıran SƏBƏBLƏR
Tarix: 11-01-2018 | Saat: 17:25
Bölmə:İqtisadiyyat | çapa göndər
2018-ci il başlayandan Azərbaycan nefti bahalaşmaqda davam edir. Dünəndən etibarən isə “AzəriLite” markalı neft son üç ildə ən yüksək qiymətə təklif edilir: 71,25 dollar.
“AzəriLayt”ın 1 barreli sonuncu dəfə 2014-cü ilin dekabrında 72 dollar olub. “Qara qızıl”ın maksimum qiyməti 2008-ci ilin iyulunda 149,66 dollarla tarixə düşüb. Bəs bu gün artan qiymətlər hansı amillərlə bağlıdır?
Modern.az-ın bu sualını Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.
Ekspert Modern.az-a deyib ki, neftin qiymətlərinin yüksəlməsinə təsir edən amillər dəyişilməz qalıb:
“İlin əvvəlindən yüksələn qiymətlər Amerikada neft hasilatının azalması ilə əlaqədardır ki, ölkəmizdən də yan keçmir. Amerika bazarında neft ehtiyatlarının azalması ilə bağlı məlumatların gündəmdə olması dünya bazarında neftin qiymətlərinin yüksəlməsində əsas faktordur. Sabah Amerika Enerji Administrasiyası yeni məlumatları açıqlayacaq. Güman ki, ehtiyatların bir az da azaldığının şahidi olacağıq”.
Ekspert bildirib ki, kiçik nüanslar nəzərə alınmazsa, hələlik bazara təsir edən başqa amillər yoxdur:
“Hazırda “Brent” markalı neft 69 dollardan yuxarıdır. Bir də yanvarın 6-da axşam Çin sahillərində Honkonqa məxsus yük gəmisi ilə toqquşan İrana məxsus neft tankerinin batmasını xatırlatmaq yerinə düşər. Bundan başqa, bazara təsiredici amilər yoxdur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ