Mobil versiya
“Qanuni oğru” Robson Ermənistan XİN başçısının müşaviridir
Tarix: 09-01-2018 | Saat: 17:43
Bölmə:Karusel / Maraqlı | çapa göndər

“Qanuni oğru” Robson Ermənistan XİN başçısının müşaviridir




Ötən ilin dekabr ayında ABŞ Maliyyə Nazirliyinin sanksiyalar tətbiq edilmiş şəxslər siyahısına düşmüş erməni əsilli rusiyalı iş adamı Ruben Tatulyan (Robson) bildirib ki, o, Ermənistan xarici işlər nazirinin müşaviridir.



Virtualaz.org “lragir” erməni nəşrinə istinadən xəbər verir ki, bunu Tatulyan soçili bloger Aleksandr Volkova verdiyi müsahibədə deyib. Robson ləqəbli kriminal avtoritet qeyd edib ki, həm Ermənistanın, həm də Rusiyanın vətəndaşıdır, diplomatik pasporta malikdir və Ermənistanın diplomatik dövlət nömrə nişanları olan avtomobildə hərəkət edir. Bunun səbəbi odur ki, Tatulyan Ermənistan XİN başçısının müşaviridir.



“Məsələ burasındadır ki, Robsonun Ermənistanın diplomatik pasportunu nəyə görə əldə etməsi barədə sualı XİN-də cavabsız qoyublar. Ermənistan baş nazirinin mətbuat katibi bildirib ki, Ruben Tatulyan Ermənistan investisiya klubunun üzvü deyil. Lakin heç kim onda diplomatik pasportun olması faktını inkar etməyib.

Ermənistan XİN Rusiyada yaşayan və Ermənistanın xarici siyasətinə birbaşa aidiyyatı olmayan şəxslərə diplomatik pasportların və vəzifələrin hansı prinsip üzrə verilməsi barədə hesabat açıqlamır. Əlbəttə, XİN erməni ictimaiyyəti qarşısında hesabat verməyə bilər, lakin Tatulyanın diplomatik pasportunu ABŞ dövlət qurumları qarşısında müdafiə etməli, yaxud da Robsonu “incik salaraq” pasportu geri çağırmalıdır”, - məlumatda deyilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5368 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
{sape_links}{sape_article}