Mobil versiya
Piyadanı vurub qaçan sürücü həbs edildi
Tarix: 04-01-2018 | Saat: 17:43
Bölmə:Cəmiyyət | çapa göndər

Piyadanı vurub qaçan sürücü həbs edildi


Cəlilabad rayonu ərazisində piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində naməlum avtomobillə 1969-cu il təvəllüdlü Bayramov Seymur Seyfi oğlu vurulub.

S.Bayramov aldığı xəsarətlərdən vəfat edib.

Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə “VAZ 21013” markalı 12 BA 438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1980-ci il təvəllüdlü, Cəlilabad rayon sakini Məmmədov Şahin Museyib oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024