Azərbaycanda maliyyə ombudsmanı institutu yaradılacaq
Tarix: 28-12-2017 | Saat: 17:28
Bölmə:Gündəm | çapa göndər
2018-ci ildə Azərbaycanda bank ombudsmanının səlahiyyətləri artırılacaq.
Trend-in məlumatına görə, bunu bank ombudsmanının məsul katibi Elçin Həsənov Azərbaycan Banklar Assosiasiyasının rəsmi orqanına müsahibəsində deyib.
Məsul katib qeyd edib ki, hazırda bank ombudsmanının adının dəyişdirilməsi və Maliyyə ombudsmanı institutunun yaradılması nəzərdə tutulur: “Eyni zamanda bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində işlər davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları ilə fikir ayrılıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcək. Artıq qanun layihəsi hazırlanıb və müzakirələr aparılır”.
E.Həsənov istisna etməyib ki, gələcəkdə bank ombudsmanı 2000 dollardan çox maliyyə mübahisələrini nəzərdən keçirəcək: “Hazırda bank ombudsmanı 2000 dollaradək maliyyə mübahisələrinə baxır. İddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd aztəminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi idi. Qeyd edək ki, 2000 ABŞ dolları məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı yüz min nəfərdən artıqdır. Məbləğin artırıldığı təqdirdə bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Ona görə də, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcəkdə görülən işlərin nəticəsindən, eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər”.
E.Həsənov bildirib ki, bank ombudsmanının fəaliyyəti dövründə 163 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlərdən bəziləri bank ombudsmanının səlahiyyətlərinə daxil olmadığı üçün, bir qismi isə düzgün prosedur qaydalarına əməl olunmadığı üçün qəbul edilməyib: “Bank ombudsmanının icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında barışıq sazişi imzalanıb, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilib və digər işlər isə hazırda icraatdadır. Bankla müştəri arasında əldə edilən razılıqlara borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və digər məsələlər daxildir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər