Mobil versiya
(R) ADA tələbələri üçün “DəmirBankla bir gün” adlı təqdimat keçirildi
Tarix: 12-11-2015 | Saat: 17:09
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

(R) ADA tələbələri üçün “DəmirBankla bir gün” adlı təqdimat keçirildi

Daim gənclərin inkişafında, onların möhkəm karyera təməlinin formalaşmasında fəal iştirak edən DəmirBank ənənəsinə sadiq qalaraq ADA Universitetində “DəmirBankla bir gün” adlı təqdimat təşkil etmişdir.
DəmirBank əməkdaşları tərəfindən həm bakalavr, həm də magistr tələbələri üçün keçirilən təqdimat zamanı Bankın fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumatlar verilib. Təqdimatdan sonra Bankın müxtəlif struktur bölmələri üzrə təcrübəçi və işçi vakansiyaları ilə bağlı müraciət edən və DəmirBank ailəsinə qoşulmaq istəyən namizədlərlə görüşlər keçirilib.
Qeyd edək ki, istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə DəmirBank mütəmadi olaraq universitetlərdə müxtəlif tədbirlər həyata keçirir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
http://www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə