Mobil versiya
Rusiyaya qanunsuz aparılan qızıl müsadirə olunub
Tarix: 27-12-2017 | Saat: 10:17
Bölmə:Cəmiyyət | çapa göndər

Rusiyaya qanunsuz aparılan qızıl müsadirə olunub




Gömrükçülər gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə