Ağıllı telefonların pozulmasına səbəb olan virus yayılıb
Tarix: 21-12-2017 | Saat: 16:47
Bölmə:Şou-biznes | çapa göndər
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər ağıllı telefonların pozulmasına səbəb olan Trojan.AndroidİOS.Loapi adlı yeni virus aşkar ediblər.
Rusiyanın kiber təhlükəsizlik şirkəti olan Kaspersky Lab-ın açıqlamasına görə, DDoS hücumlarını həyata keçirə bilən virus, onlayn pul alaraq istifadəçiyə bir çox reklam göndərir. Virus həmçinin göndərilən və gələn mətn mesajlarını yoxlaya və hətta antivirus proqramlarını silə bilər.
Şirkət açıqlamasında antivirus proqramlarını yükləyərkən və istifadə edərkən ekrana çıxan reklam linklərinə klikləməməyi tövsiyyə edir. Onlar qeyd edirlər ki, virusa yoluxmuş telefonların batereyası iki gün sonra partlayır.
Virusun cihaza yoluxması proqram tərəfindən insanlara göndərilən reklamlara daxil olduqda mümkün olur. Bu reklamlar, adətən, istifadəçilərin qarşısına antivirus proqramı yükləyərkən və bəzi bu tipli mobil tətbiqlərdən istifadə edərkən çıxır. Cib telefonunun antivirus proqramı virusun işləməsinin qarşısını almaq üçün cihazın ekranı bloklanır. Beləliklə mobil telefon virusun yaratdığı problemlər nəticəsində davamlı sönüb yanmağa başlayır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024