Mobil versiya
2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq
Tarix: 11-11-2015 | Saat: 12:21
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər



2016-cı ildə istifadəçilər internetdə öz məlumatlarının təhlükəsizlik məsələlərinə daha məsuliyyətlə yanaşacaq və onlayn xidmət provayderlərindən daha etibarlı mühafizə tələb edəcəklər.

İKT.lent.az-ın "Payspacemagazine”yə istinadən xəbərinə görə, bu barədə “Forrester Research” analitik şirkətinin hesabatında deyilir.

Hesabata görə, istifadəçilərin elektron kanallar vasitəsilə məlumatlarını toplayan, saxlayan və istifadə edən müəssisələr kiberhücum riskləri ilə daha çox üzləşə bilərlər.

Həmçinin onların servislərinin populyarlığı istifadəçilərin fərdi məlumatların mühafizəsini rahatlıqdan üstün tutmasına görə ziyan çəkəcək.

Şirkətlər resursların təhlükəsizlik səviyyəsini artırmaq üçün istifadəçilərə ödənişli servislər, məsələn, saytlara reklamsız və fərdi məlumatların yüksək səviyyədə mühafizəsi rejimində baxmaq imkanına abunə olmaq təklif edəcəklər. Tədqiqata görə, “Facebook” istifadəçiləri belə servisə görə ildə 30-60 dollar ödəməyə hazırdırlar. Kompüter istifadəçisi olan yaşlı amerikalıların 26 faizi artıq "AdBlock” reklam bloklama xidmətindən istifadə edir.

2016-cı ilin əvvəlində Avropa İttifaqı tərəfindən fərdi məlumatların mühafizəsi haqqında qanunu pozmağa görə yeni məsuliyyət normalarının təsdiq ediləcəyi gözlənilir. Yeni qanuna əsasən, normaların pozulmasına görə cərimə qlobal mədaxilin 5 faizini təşkil edəcək. ABŞ-da şirkətləri oxşar pozuntulara görə daha ciddi maliyyə sanksiyaları gözləyə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024