Mobil versiya
Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü
Tarix: 15-12-2017 | Saat: 12:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü




Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib.

Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ardınca sözügedən yaşayış massivinin sakinləri yolda piyada keçidinin olmamısına etiraz əlaməti olaraq hadisənin baş verdiyi əraziyə toplaşıblar. Onların tələbi o olub ki, həmin ərazidə yerüstü piyada keçidi tikilsin. Sakinlər Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yoldan kənarlaşdırılıb.

Ölən S.Qənbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi idi. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə