Mobil versiya
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək
Tarix: 13-12-2017 | Saat: 17:21
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək



Dekabrın 19-da Azərbaycanda ilk dəfə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək.

aia.az Azərtac-a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçiriləcək festival əsl bayrama çevriləcək.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda "Çayımızın adı var”, "Süfrələrin bəzəyi Lənkəran düyüsü”, "Gözəlliyi damla-damla topladıq”, "Yeni Lənkəran tikmək üçün”, "Lənkəranın şirnisi - ağız dadımız”, "Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək.

Lənkəranın sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan ibarət "çay dəstgahı” açılacaq.

Tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların "Haşimi”, "Sədri”, "Campo” kimi yüksək keyfiyyətli yerli düyülərdən bişirəcəkləri 50 növdən çox plov, eyni zamanda, ləvəngidən hazırlanan xörəklər və kabablar təqdim ediləcək.

Bədii özfəaliyyət kollektivləri rəngarəng kompozisiyalarla çıxış edəcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş olunacaq.

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə