Mobil versiya
Azərbaycan Texnalogiya Universitetində Ulu öndər Heydər Əliyev anılıb
Tarix: 13-12-2017 | Saat: 12:27
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan Texnalogiya Universitetində Ulu öndər Heydər Əliyev anılıb


Azərbaycan Texnologiya Universitetində (ATU) xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi vəfatının 14-cü ilində ehtiramla anılıb. Universitet rəhbərliyi əvvəlcə Ulu öndərin akt zalının foyesindəki büstü önünə tər güllər düzüblər. Sonra 5–ci tədris korpusunun foyesində yeni yaradılan Heydər Əliyev güşəsi ilə tanışlıq olub. Anım tədbiri daha sonra Heydər Əliyev Məktəbində dəyirmi masa ilə davam edib.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tədbiri giriş sözü ilə ATU-nun rektoru, professor Akif Süleymanov açıb. O, bildirib ki, cismən yoxluğuna alışa bilmədiyimiz ötən 14 il ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Öz titanik fəaliyyəti ilə müstəqil Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan Heydər Əliyev azərbaycanlı olmasından qürur duyduğu kimi, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir.
Tarixi gerçəklik ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, mədəniyyətimizin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməyib.
Dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və tarixi fürsətdən bəhrələnmə sayəsində mümkün olub.
1993-cü ilin ortalarında Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə qalanda da Heydər Əliyev xalqın təkidli xahiş və tələblərinə cavab olaraq yenidən hakimiyyətə qayıtdı. Müdrik rəhbərimiz dahi uzaqgörənliyi ilə çox ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, düşmən təcavüzü, hərbi qarşıdurma ilə üzləşmiş Azərbaycanın parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını alaraq sabitliyi təmin etdi.
Daha sonra çıxış edənlər də qeyd edib ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirilir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024