Mobil versiya
Faktiki hava şəraiti açıqlandı – Azərbaycana 33 sm qar yağıb
Tarix: 07-12-2017 | Saat: 11:46
Bölmə:Manşet / Ölkə | çapa göndər

Faktiki hava şəraiti açıqlandı – Azərbaycana 33 sm qar yağıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 06-ı gündüzdən 07-si səhərədək hava şəraiti qeyri-sabit keçib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə