Mobil versiya
Koreya Respublikasının Azərbaycandakı səfiri ATU-da əməkdaşlıq məsələlərini müzakirə edib
Tarix: 05-12-2017 | Saat: 18:15
Bölmə:Manşet / Təhsil | çapa göndər






Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyun və onu müşayiət edən heyət Azərbaycan Texnologiya Universitetində (ATU) işgüzar görüş keçirib. Universitet rəhbəliyi ilə görüşdə rektor, professor Akif Süleymanov diplomatlara rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, yeni təhsil strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr və perspektiv planlar barədə məlumat verib. Professor Akif Süleymanov bildirib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas məqsədlərindən biri də xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə fundamental əlaqələr yaratmaq, bu əlaqələrin nəticəsi olaraq tələbə və müəllim mübadiləsinə, eləcə də dual diplomların verilməsinə nail olmaqdır. Rektor qeyd edib ki, səfirliyin vasitəçiliyi ATU ilə Koreya Respublikasının universitetləri arasında səmərəli əlaqələrin qurulması və inkişfına zəmin yarada bilər. Səfirlik həmçinin ATU tərəfindən reallaşdırılan müxtəlif innovativ layihələrə iştirakçı və ya dəstəkçi qismində qoşula bilər.




Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyun isə ölkəsinin təhsil sitemi haqqında məlumat verib. Səfir bildirib ki, Koreya və Azərbaycan arasında tələbə mübadiləsi məhdud sayda olsa da bu əməkdaşlığı genişləndirmək üçün münbit zəmin mövcuddur. Xüsusilə innovativ texnologiyaların transferini sürətləndirmək üçün Koreyanın universitetləri və müxtəlif şirkətlərinə həm təhsil, həm də təcrübə üçün azərbaycanlıların göndərilməsi mümkündür. ATU-nun texnologiyalar sferası üzrə mütəxəssis hazırlaması isə bu ali təhsil ocağının tələbə və müəllimləri üçün sözügedən məsələdə üstünlük imkanı yaradır. ATU-nun layihələrini də maraqla qarşıladığını bildirən səfir Kim Çanq-gyun qeyd edib ki, onların bir çoxu üzrə konkret əməkdaşlıq imkanları mövcuddur. Məsələn, qida, tekstil və İKT laboratoriyalarının qurulması, elektron universitet sisteminə keçid və xarici tələbələr üçün dil hazırlığı kurslarının yaradılması məsələsində birgə iştirak mümkündür. Diplomat qeyd edilən planlar üzrə daha dəqiq qərarlar qəbul etmək üçün ölkəsinin müvafiq qurumları ilə müzakirələr aparcağına söz verib.



Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024