Mobil versiya
İki qadını vurub qaçan sürücü tutuldu
Tarix: 02-12-2017 | Saat: 16:45
Bölmə:Cəmiyyət | çapa göndər

İki qadını vurub qaçan sürücü tutuldu




Noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024