Aygün Kazımova “Cücələrim” üçün… – FOTOSESSİYA
Tarix: 01-12-2017 | Saat: 14:51
Bölmə:Karusel / Aia TV | çapa göndər
Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin ən pozitiv layihəsini həyata keçirib.
aia.az xəbər verir ki, şou-biznesin divası dünya şöhrətli uşaq mahnısı olan “Cücələrim”i öz repertuarına daxil edib:
“”Cücələrim” mahnısının bu il 70 illiyi tamam olur. Bu mahnını bilməyən insan yoxdur. Dünyanın ən məşhur uşaq mahnısıdır. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa olunub. Mən də bu mahnıya öz töhvəmi verdim”.
Aygün Kazımova bildirib ki, bu mahnıya sevgisi uşaqlığından bu günə kimi davam edir:
“Məktəbdə oxuyarkən “Cücələrim” ansamblının baş cücəsi idim. Bu gün isə bu layihənin prodüseri mənim yeni musiqi prodüserim olan Kahaber Tsiskaridzedir. Onunla bir neçə layihəlik müqavilə bağlamışam. “Cücələrim” bizim başlanğıc işimiz oldu. Ard-arda işlər görəcəyik. O, Gürcüstanın məşhur DJ-i, musiqiçisi, prodüseri və ictimai xadimidir. Bu il Tiflis merliyinə namizəd idi. Azərbaycana da məhz “Cücələrim” proyektinə görə gəlib.
Obrazımın üzərində isə illərdir mənimlə ən böyük layihələrimdə komandamın üzvü olan Ruxa, Tural Atazadə və Rüfət İsmayıl çalışıb. Layihənin ümumi prodüseri isə Şahin Qurbanovdur”.
“Cücələrim” layihəsi üçün Aygün Kazımova xüsusi fotosessiya və musiqili video rolik də hazırlayıb.
Fotoların müəllifi Orxan Aslanov, backstage isə Kamran Aydınova aiddir. Layihənin art direktoru Anar Hüseynovdur.
Qeyd edək ki, “Cücələrim” mahnısının musiqisi Qənbər Hüseynliyə, sözləri isə Tofiq Mütəllibova aiddir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024