Tələbələr erkən nikah mövzusunda maarifləndirilib
Tarix: 30-11-2017 | Saat: 19:08
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr erkən nikah və onun fəsadları haqqında məlumatlandırılıb. Görüş "Rezonans" Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Sağlam gələcək naminə" layihəsi
çərçivəsində təşkil olunub.Tədbirdə ictimai birliyin ekperti İsmayıl Kərimov mövzu ilə əlaqədar çıxış edərək bu sahədə mövcud qanunvericiliyin tələbləri, erkən nikahın statistikgöstəriciləri barədə məlumat verib. O, qeyd edib ki, erkən nikah qadınlara fizioloji, bioloji və psixoloji yöndən müxtəlif fəsadlar törədir. Ölkəmizdə erkən nikahların sayında artımın müşahidə olunması isə bu sahədə təbliğat işlərinin artırılmasına ehtiyac duyulduğunu göstərir. Görüşdə həmçinin erkən nikahın səbəbləri və evlilik üçün ideal yaşın neçə olması haqqında tələbələrlə müzakirə aparılıb. Sonda tələbələrin suallarını cavablandıran ekspert erkən nikahın gənclərin ali təhsil almalarına, gələcəkkaryeralarını qurmalarına da mənfi təsir göstərdiyini vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər