Mobil versiya
Ülvira: "Fatimədə təvazökarlığın "t"sı yoxdur"
Tarix: 30-11-2017 | Saat: 18:30
Bölmə:Aia TV | çapa göndər

Ülvira: "Fatimədə təvazökarlığın "t"sı yoxdur"


Rəqqasə Fatimə Fətəliyeva öz ünvanına təriflər yağdırıb.

aia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Günə son" verilişində rəqqasəlik üçün Tibb Universitetində aldığı təhsilini də yarımçıq qoyduğunu deyib:

"18 il əvvəl rəqslə bağlı addım atanda məni heç kim qəbul etmirdi. Səhnəyə gözəl qadın çıxdı və sevildi. Özümü məcbur sevdirmədim. Bu gün xalq artistləri var ki, məni bəyənirlər. Hətta məktəbim var, tələbə yetişdirirəm. Mən peşəkaram. Çox rəqqas və rəqqasələr var, amma alınmır. Eləsi var ki, məktəb bitirir, mağazada satıcı işləyirlər. Mənim bəxdim öz əlimdədir. Tibb Universitetini oxuyurdum, yarımçıq qoydum rəqqasə oldum".

Rəqqasənin özünü tərifləmisini aparıcı Ülvira Qarayeva ələ salıb:

"Ay Fatimə, qoy biz səni tərifləyək. Fatimədə təvazökarlığın "t" hərfi yoxdur. "Mən elə, mən belə"... İmkan ver biz səni tərifləyək. İnsan "mən-mən" deyəndə, adama elə gəlir ki, özünə güvənmir. Çox çalışır, işini bilir, əzimkardır. Adama elə gəlir ki, gecə də yatmır, ancaq işləyir. Gözəl də övladı var. Türkan Şoraya oxşayır.

Mənim qızım da həkimlik oxuyur. O, həkimliyi atıb rəqqasə olsaydı, başımı yerə qoyardım".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024