Mobil versiya
"Youtube"da ən çox baxılan "İstanbulda Liman" klipi sildilər - VİDEO
Tarix: 29-11-2017 | Saat: 12:13
Bölmə:Aia TV | çapa göndər








Azərbaycanlı müğənni Sevinc Musayeva xoşagəlməz halla üzləşib.

Müğənni aia.az-a açıqlama verən ifaçı bildirib ki, onun bir il öncə təqdim etdiyi “İstanbulda Liman” adlı klip “Youtube” şəbəkəsindən silinib.

"Paxıllar, dar düşüncəli və savadsız, yaxşlıq qanmayan, hamam suyu ilə özünə dost tutanlar, youtube səhifələrində 10 günə 10 min baxış sayı olan bu film sildirməkdə olsunlar. Mən isə komandanın zəhmətlə ərsəyə gələn işini yaşatmağımda olum. Daha susmayacam. Tikan olub, mənə səbəbsiz, haqsız, nahaqdan toxunanların ürəyini, gözünü qanadacam və tezliklə kör olacaqsız. Çünki bunu, rəbbimdən mən istədim. Bu mahnı musiqisinə görə deyil, məhz mənim ifamda və məhz bu qısa metrajlı film - klipə görə sevildi.

2012-ci ildə ifa etdiyim bu mahnının kantasını kimə dinlətsəm, gülməkdən ölər. Musiqiyə zövq və gözəllik qatan mənim ifam, zəhmətim və bu film - klip oldu. Kiminsə zəhmətini yerə vurmaq yalnız qəlbi, qara, acgöz, Allahı tanımayan, simasında və ürəyində iblis gəzdirən, yaxşılıqdan xəbəri olmayan, yalnız pislik edən adamcıqlara aid olur".



Qeyd edək ki, Sevinc Musayeva məcbur qalıb yenidən klipi “Youtube” yerləşdirib. Klipin rejissoru Tofiq Teymuroğludur.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə