Mobil versiya
İsrailin beşinci prezidenti vəfat etdi
Tarix: 07-11-2015 | Saat: 18:06
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


O 1978-1983-cü illərdə ölkəyə başçılıq edib.

İsrailin beşinci prezidenti İçxak Navon (1978-1983-cü illər) 95 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, siyasətçinin ölümünün səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Navon 1921-ci ildə Qüdsdə dünyaya gəlib. Onun siyasi karyerası ilk israilli baş nazirlər - David Ben-Qurion və Moşe Şerattanın dövründə başlayıb.

1965-cil ildə Navon İsrail parlamentinə (Knesset) Ben-Qurionun RAFİ partiyasından deputat seçilib. Burada o viçe-spiker vəzifəsinə təyin edilib və xarici işlər üzrə komissiyaya rəhbərlik edib.

İsrailin Haaretz qəzeti qeyd edir ki, Navon yegənə israilli prezidentdir ki, karyerasını prezidentlikdən sonra da davam etdirib. 1984-1990-cı illərdə o təhsil və mədəniyyət naziri vəzifəsində çalışıb. Siyasi aləmi Navon 1992-ci ildə tərk edib.

İçxak Navon həmçinin yazıçı və dramaturq kimi tanınır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə